"Qazprom" müştərilərinə yeni ödəniş sistemi barədə məlumat notası göndərib

15:42 - 1.04.2022


1 aprel, Fineko/abc.az. Rusiyanın enerji nəhəngi “Qazprom” Vladimir Putinin qaz ödənişlərinin rublla həyata keçirilməsi ilə bağlı fərman imzalamasından sonra müştərilərinə yeni ödəniş proseduru barədə məlumat verib.

ABC.AZ xəbər verir ki, yeni fərmana əsasən, müəyyən edilən bankda avropalı alıcılar üçün avro və rublda iki hesab açılacaq.

"Qazprombank" həm də müştərinin adından vasitəçi kimi çıxış edə və pulu rubla çevirə biləcək. Məsələ ilə bağlı açıqlamasında "Qazprom" rəhbərliyi Rusiya qanunlarına tam və qeyd-şərtsiz əməl edildiyini və "Qazprom" etibarlı tərəfdaş olduğu bildirilib.

"Biz qazö müştərilərimizə təhlükəsiz şəkildə çatdırmağa davam edirik" deyə açıqlamada qeyd edilib.