“Apple” və “Meta” səhvən müştərilərin məlumatını xakerlərə ötürüb

10:06 - 31.03.2022


31 mart, Fineko/abc.az. ABŞ-ın “Apple” və “Meta” şirkətləri özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edən hakerlərə müştəri məlumatlarını təqdim ediblər.

ABC.AZ-ın məlumatına görə, saxta təcili məlumat sorğularına cavab olaraq şirkətlər hakerlərə qeydiyyatdan keçmiş istifadəçilər haqqında müştəri ünvanı, telefon nömrəsi və İP ünvanı kimi məlumatlar göndəriblər.

Agentlik qeyd edib ki, adətən bu cür sorğular axtarış qərarı və ya çağırış vərəqəsi ilə müşayiət olunur, lakin fövqəladə hallarda müraciətlər üçün məhkəmə qərarı tələb olunmur.