Neft bahalaşır, Brent nefti barrel başına $110,96 təşkil edir

09:30 - 30.03.2022


30 mart, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə günü baş tutan hərraclarda artır.

Saat 9:15-də London ICE Futures birjasında ticarət üzrə Brent neftinin may fyuçersləri $0,73 (0,66%) - barrel başına $110,96-a qədər yüksəldi. Martın 29-da keçirilən hərracların nəticələrinə görə, Brent-in may ayına olan fyuçers qiyməti $2,25 (2,00%) bir barelə görə $110,23-a düşüb.

Saat 9:16-da Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin may ayı üçün fyuçersləri $0,67 (0,64%) - barrel başına $104,91-ə qədər artıb. Martın 29-da keçirilən ticarət nəticələrinə görə, may fyuçersi $1,72 (1,62%) bir barelə $104,24-ə düşüb.