10:48 - 28.02.2022
28 fevral, Fineko/abc.az. Norveçdə yerləşən Equinor enerji şirkəti Rusiyadakı müştərək müəssisələrdən çıxmağa başlayacağını və ölkəyə yeni investisiyaları dayandıracağını açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, bu barədə Şirkətdən bildirilib.
“Equinor”un 30 ildən artıqdır Rusiyada fəaliyyət göstərdiyi və 2012-ci ildən Rusiyanın “Rosneft” neft şirkəti ilə əməkdaşlıq müqaviləsinin olduğu bildirilib.
Norveç, Avropa Birliyi və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara əsasən hərəkət edən şirkətinin Rusiyadakı müştərək müəssisələrindən çıxmağa və ölkəyə yeni investisiyaları dayandırmağa başlayacağını bildirib.
21 Avqust 2026