12:27 - 25.02.2022
25 fevral, Fineko/abc.az. 2022-ci ilin əvvəlindən 165 min müəllimin əməkhaqqında da orta hesabla 20 faiz artım olub və onların əməkhaqqı orta hesabla 550 manatdan 660 manata çatdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, bu artım üçün isə ayrılan əlavə illik vəsait 273 mln. manatdır
İslahatlar hərbi qurumlar və hüquq mühafizə orqanlarında xidmət keçən bir sıra şəxsləri də əhatə edib. İlin əvvəlindən onların aylıq vəzifə maaşlarına 20% əlavə olunur, qeyd edilən orqanların mülki işçilərinin vəzifə maaşları da 20% artırılıb. Həmin artımlara isə il ərzində əlavə olaraq 157 mln. manat sərf olunacaq.
Ümumilikdə 2022-ci il üzrə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artımını nəzərdə tutan islahatlar paketi 3,4 milyon şəxsi əhatə edir. Bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 mlrd. manat təşkil edir.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026