11:42 - 23.02.2022
23 fevral, Fineko/abc.az. "Son dörd ildə Azərbaycanda ölkə əhalisinin 40 %-dən çoxunu əhatə edən üç əsas sosial islahat paketi həyata keçirilib, bu paketlər üçün ayrılan əlavə illik vəsait ümumilikdə 6 milyard manat və ya 3,5 milyard ABŞ dollar olub".
ABC.AZ xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “MDB-də sosial islahatlar: trendlər, potensiallar, həllər” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, həmin dövrdə minimum əməkhaqqı orta hesabla 2,3 dəfə, minimum pensiya 2,2 dəfə, sosial müavinətlər 70 faiz, ümumi sosial xərclər 2,5 mlrd. manat artıb: "2018-ci ilə nisbətən orta aylıq pensiyada orta hesabla 65 faiz, orta aylıq əmək haqqında 35 faiz, median əmək haqqında 74 faiz, əmək haqqı fondunda 2 dəfə artım baş verib".
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026