14:29 - 4.02.2022
4 fevral, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Təl-Əviv-Bakı reyslərinin qeydiyyatı və baqaj qəbulu müvəqqəti olaraq Ben Qurion adına Beynəlxalq Hava Limanının 1-ci Terminalında həyata keçiriləcək.
ABC.AZ xəbər verir ki, bu barədə AZAL-ın sərnişinlərə müraciətində bildirilir.
Qurum bəyan edib ki, fevralın 21-dən martın 7-nə qədər Təl-Əviv hava limanında sərnişinlərə xidmət sisteminin təkmilləşdirilməsi istiqamətində işlər aparılacaq. Uçuşu bu elanda göstərilən tarixlər aralığına düşən sərnişinlərdən xahiş olunur ki, Tel-Əviv hava limanının birinci terminalında qeydiyyatdan keçsinlər.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026