“Amazon"un gəlirləri və xalis mənfəəti artıb

11:37 - 4.02.2022


4 fevral, Fineko/abc.az. “Amazon” şirkətinin ötən il maliyyə göstəriciləri açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, ötən il 2020-ci illə müqayisədə şirkət 57% çox - 33,4 milyard dollar xalis mənfəət əldə edib. Bunun 14,3 milyard dolları ötən ilin IV rübündə əldə olunub.

Bu isə 1 il əvvələ nisbərən 98,6% çoxdur. Ötən il "Amazon"un gəliri isə əvvəlki illə müqayisədə 22% çox - 469,8 milyard dollar təşkil edib. Bunun isə 137,4 milyard dolları IV rübün payına düşüb.

Bu isə 1 il əvvələ nisbətən 9% çoxdur.