16:26 - 6.01.2022
6 yanvar, Fineko/abc.az. Qazaxıstanda etiraz aksiyası nəticəsində pərakəndə satış obyektlərinə 26 milyard təngə (59 milyon 691 min 320 dollar) məbləğində ziyan dəyib.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə “Tengrinews.kz - Novosti Kazaxıstan” məlumat yayıb.
Bildirilib ki, təkcə “Magnum” ticarət şəbəkəsinin 23 mağazasına 8,5 milyard təngə, Almatı və Taldıkorqanda “Texnodom” şəbəkəsinin 14 mağazasına 5,5 milyard təngə məbləğində ziyan dəyib.
12 Avqust 2026