10:24 - 6.01.2022
6 yanvar, Fineko/abc.az. ABŞ-da kommersiya (satış üçün) neft ehtiyatları son həftədə 2,144 milyon barel azalıb.
ABC.AZ-ın məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyindən bildirilib.
Belə ki, ABŞ-ın neft ehtiyatları dekabrın 31-nə 417,851 milyon barel təşkil edib. İqtisadçılar ehtiyatların 3,65 milyon barel azalacağını gözləyirdilər.
Məlumat açıqlandıqdan sonra Brent neftinin qiyməti 81 dollara qədər yüksəlsə də, sonra geriləyərək 79 dollar səviyyələrinə düşüb.
Müəllif: Elmir Murad
21 Avqust 2026
19 Avqust 2026