12:09 - 30.11.2021
30 noyabr, Fineko/abc.az. Azərbaycan bu ilin ilk 10 ay ərzində 11 877.49 ton çay idxal edib.
ABC.AZ-ın Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, idxal olunmuş çayın dəyəri 51 622.04 min ABŞ dolları təşkil edib. Komitənin hesabatlarına əsasən, 2020-ci ilin yanvar-oktyabr aylarında idxal olunan çayın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4.4%, dəyəri isə 11.6% artıb.