15:44 - 26.11.2021
26 noyabr, Fineko/abc.az. Yanvar-oktyabr aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 28 milyard 432,8 milyon kubmetr təbii qaz nəql edilib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, sözügedən dövrdə əvvəlki ilin eyni aylarına nisbətən 20,4 faiz artım müşahidə olunub. 10 ayda qaz nəqlinin 50,5 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 14 milyard 364,9 milyon kubmetr təbii qaz ixrac edilib.
17 Avqust 2026
15 Avqust 2026