12:36 - 4.11.2021
4 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Neft Fondunun (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 4 612,1 mln.
ABŞ dolları təşkil edib. ARDNF-dən ABC.AZ-a daxil olan məlumata görə, bu da illik müqayisədə 50,9% çoxdur.
Fondun AÇG yatağı üzrə əldə olunan ümumi gəlirləri 154 017 mln. dollar təşkil edib. Xatırladaq ki, ötən il (01.01.2020 – 01.01.2021 tarixinə) ARDNF AÇG blokundan əldə etdiyi gəlirləri 3 522,7 mln. ABŞ dolları təşkil edib. Müəllif: Elmir Murad
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026