10:38 - 5.07.2021
5 iyul, Fineko/abc.az. 2020-ci ildə Dövlət Neft Şirkətinin (SOCAR) top menecmentinə ödənilən bonusların məbləği azalıb.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətin illik hesabatında bildirilir. 2020-ci ildə SOCAR-ın baş rəbərliyinə cəmi ödənişlər 1 milyon 376 min manat təşkil edib.
Bu orta hesabla hər bir top menecerə ildə 100 min manatdan bir qədər artıq təşkil edir. 2019-cu illə müqayisədə SOCAR rəhbərliyinin bonusları azalıb.
Belə ki, 2019-cu ildə bu məbləğ1 milyon 404 min manat, 2018-ci ildə isə 1 milyon 282 min manat təşkil edirdi.
Qeyd edək ki, SOCAR rəhbərliyi prezident və 12 vitse-prezidentdən ibarətdir. Bütün menecerlər Azərbaycan prezidentin tərəfindən təyin edilir.