15:30 - 18.05.2021
18 may, Fineko/abc.az. İran Milli Neft Şirkəti (NIOC) İranın şimalında yerləşən Muğan düzənliyində qazma işlərinə hazırlaşır.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, qazma işlərinin Azərbaycanla sərhəd bölgədə aparılması planlaşdırılır. Yataqda 4 mlrd. bareldən artıq yüngül xam neftin olması təxmin edilir.
Məlumata görə, Muğan ərazisində axtarış-kəşfiyyat işləri 13 il ərzində aparılıb.
Quyunun qazılması "Fath 54" qazma qurğusundan aparılacaq. Sözügedən qurğu Muğana Əhvaz şəhərindən gətiriləcək.
Qeyd olunur ki, qazma işlərini iyun ayının sonunda başlamaq üçün qurğunun nəqli prosesi təxminən 25 gün çəkməlidir.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026