Cəbrayıl Dövlətzadənin ailəsinə mənzil verildi

11:50 - 18.03.2021


18 mart, Fineko/abc.az. Vətən müharibəsi şəhidi Cəbrayıl Dövlətzadənin ailəsinə yeni mənzil verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, Sumqayıt şəhərində yerləşən yeni binada 3 otaqlı mənzil nazirliyin sosial tərəfdaşları tərəfindən şəhid ailəsinə verilib.

Bu gün mənzilin açarları şəhidin ailəsinə təqdim edilib.

Qeyd edək ki, 19 yaşlı Cəbrayıl Dövlətzadə 2020-ci il sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub və İkinci Şəhidlər xiyabanında dəfn olunub.