11:26 - 12.03.2021
12 mart, Fineko/abc.az. Ötən gün axşam saatlarından başlayaraq şimal rayonlarına qar yağmağa başlayıb.
ABC.AZ-ın məlumatına görə, ən çox yağıntı Qusarın Ləzə kəndində qeydə alınıb.
Belə ki, burada qarın hündürlüyü 20 santimetrə çatıb. Qubanın rayon mərkəzində 14, Xaltan kəndində 10, Təngəaltıda 15, Qırızda 11, Xınalıqda 3 sm qar yağıb.
Qarın hündürlüyü Qusarın rayon mərkəzində 14, Xaçmazda 4, Xızının Altıağac qəsəbəsində 7 santimetr olub.
Bölgədə ən aşağı temperatur -14 dərəcə Qubanın Qırız kəndində qeydə alınıb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026