10:19 - 2.03.2021
2 mart, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti çərşənbə axşamı ABŞ dollarının möhkəmlənməsi fonunda azalır.
ICE Dollar indeksinə görə, dolların qiyməti altı əsas dünya valyutasına nisbətən 0,2% artır.
Saat 9:50 üçün London ICE Futures birjasında ticarət zamanı Brentin may fyuçersinin qiyməti barrel başına $0.95 (1,49%), $62,74-a düşdü. 1 mart ticarət nəticələrinə görə, Brentin may fyuçersinin qiyməti $0,73 (1,13%) – bir barel üçün $63,69-a düşdü.
Saat 9:50 üçün Nyu-York əmtəə birjasında (NYMEX) WTI aprel fyuçersinin qiyməti $0,91 (1,50%) – barrel başına $59,73-ə düşdü. Martın 1–də hərracların nəticələrinə görə, aprel ayına olan fyuçers $0,86 (1,40%) - bir barel üçün $60,64-ə düşdü.
17 Avqust 2026
15 Avqust 2026