10:45 - 1.03.2021
1 mart, Fineko/abc.az. Hesablama Palatası Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında yoxlamalar aparır.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə parlamentdəki mənbə məlumat verib.
Bildirilib ki, aparılan yoxlamalar nəticəsində bəzi pozuntular aşkarlanıb.
Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamaların aparılması faktı təsdiqlənib: “Yoxlamaların nəticələri barədə əlavə məlumatlar veriləcək”.
Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Milli Məclisin deputatı Azay Quliyevdir.
18 Avqust 2026