16:05 - 27.02.2018
27 fevral, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın yollarında xidmətin keyfiyyətini artırır.
BNA-in məlumatında deyilir ki, vətəndaşların müraciətləri nəzərə alınaraq, paytaxtda 55 yeni taksi dayanacağı quraşdırılıb.
Artıq yeni məntəqələrə müvafiq nişanlar qoyulur və yol nişanlanma xətləri çəkilir.