16:33 - 15.02.2023
15 fevral, Fineko/abc.az. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) Azərbaycanın milli hava məkanı strategiyasının (National Airspace Strategy - NAS) hazırlanması və həyata keçirilməsi üzrə birgə işə başlayıb.
ABC.AZ xəbər verir ki, bununla əlaqədar, Azərbaycanın aeronaviqasiya xidmətləri təminatçısı AZANS və IATA aviasiya sahəsində bütün müvafiq əlaqədar tərəflərlə, o cümlədən dövlət və digər tənzimləyici orqanlarla birgə işləyəcək.
Beləliklə, aviasərnişinlərə bir sıra üstünlüklərin təmin edilməsinə yönəldilmiş bu təşəbbüs çərçivəsində iki təşkilat arasında artıq mövcud olan uzunmüddətli əməkdaşlıq gücləndiriləcəkdir.
27 İyul 2026
28 İyul 2026
28 İyul 2026