15:43 - 3.02.2023
3 fevral, Fineko/abc.az. Fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Dövlət Neft Şirkəti (SOCAR) və Rumıniyanın “Romgaz S.A.” arasında 2023-2024-cü illər ərzində Azərbaycandan Rumıniyaya 1 milyard kubmetrə qədər qaz nəqlinə dair Saziş imzalanıb.
SOCAR-dan ABC.AZ-a bildirilib ki, Saziş 2022-ci il oktyabrın 19-da və dekabrın 16-da SOCAR və “Romgaz S.A.” arasında imzalanan sənədlərin davamı hesab olunur.
İki ölkə arasında enerji sahəsində əlaqələrin hüquqi bazasının formalaşmasını təmin edən sənədlər Azərbaycan qazının ixrac coğrafiyasını genişləndirməklə yanaşı, ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə, həmçinin Avropanın enerji təhlükəsizliyinə və “yaşıl enerji” strategiyasına mühüm töhfə verəcək.
31 İyul 2026
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026