Bu avtobusların sayı artıb – 20 faiz

15:42 - 8.06.2020


8 iyun, Fineko/abc.az. İyunun 8-də səhər saat 06:00-dan müntəzəm və ekspres xətlər üzrə sərnişindaşımalar bərpa olunub.

Bakı Nəqliyyat Agentliyindən ABC.AZ-a bildirilib ki, sərnişin tələbatının ödənilməsi məqsədilə ümumi xətlərə 1900-dək avtobus buraxılıb.

Xəttə buraxılan avtobusların sayı ötən ilin yay mövsümü ilə müqayisədə 15-20 faiz artıb.