Rumıniya Mərkəzi Bankı uçot dərəcəsini 6,5% səviyyəsində saxlayıb

09:00 - 11.08.2026


11 avqust, Fineko/abc.az. Rumıniya Mərkəzi Bankı faiz dərəcəsini dəyişməyərək 6,5% səviyyəsində saxlayıb. Bu qərar bazar analitiklərinin gözləntiləri ilə tam üst-üstə düşür.

Ölkədə siyasi sabitliyin pozulması və Avropa İttifaqı fondlarının ayrılması üçün tələb olunan islahatların ləngiməsi səbəbindən borclanma xərcləri iki ilə yaxındır ki, dəyişməz qalır. Bank rəhbərliyi neft, elektrik enerjisi və quraqlıq səbəbindən ərzaq qiymətlərindəki risklərə diqqət çəkib.

Bununla belə, tənzimləyici illik inflyasiya göstəricisinin III rübdə əhəmiyyətli dərəcədə azalacağını və 2026-cı ilin sonunadək hədəflənən 1,5-3,5% aralığına enəcəyini proqnozlaşdırır.