10:39 - 30.01.2020
30 yanvar, Fineko/abc.az. “Yapı Kredi Bank Azərbaycan” QSC-in 2019-cu ilin sonuna dair maliyyə hesabatlarını açıqlayıb.
ABC.AZ hesabata istinadən xəbər verir ki, sözügedən dövrdə bankın xalis mənfəətini artan xətt üzrə inkişaf edib və ili 4 milyon manat mənfəətlə başa vurub. Bankın 2019-cu il üzrə müsbət göstəricilərindən biri 48% səviyyəsində olan ani likvidlik əmsalıdır.
Xatırladaq ki, bu göstərici üzrə müəyyən olunmuş norma 30% səviyyəsindədir. Bankçılıq sahəsində beynəlxalq təcrübəyə sahib “Yapı Kredi Bank Azərbaycan” likvidlik üzrə qabaqcıl standartları tətbiq etməklə dayanıqlı inkişafını təmin edir.
Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan 2018-ci illə müqayisədə 2019-cu ildə aktivlərini artıraraq 428.6 milyon manata çatdırıb.
Müəllif: Elmir Murad