11:39 - 28.01.2020
28 yanvar, Fineko/abc.az. “Premium Bank”ın maliyyə vəziyyəti məlum olub.
ABC.AZ bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə bankın xalis mənfəəti 8 milyon 868 min manat təşkil edib.
Bu 2018-ci ilin analoji dövrü ilə müqayisədə 7 milyon 198 min manat və ya 1,9 dəfə azdır. 2019-cu ildə bankın faiz gəlirləri 38 milyon 235 min manat , faiz xərcləri 12 milyon 866 min manat təşkil edib. 2018-ci illə müqayisədə bankın faiz gəlirləri 679 min manat və ya 1,8% artıb. Faiz xərcləri isə 1 milyon 936 min manat və ya 13% azalıb. Belə ki, 2018-ci ildə bankın faiz gəlirləri 37 milyon 556 min manat , faiz xərcləri isə 14 milyon 802 min manat təşkil edib.
Müəllif: Elmir Murad