12:05 - 7.01.2020
7 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün 2020-ci ilin ilk depozit hərracında 150 mln. manat cəlb edib.
“AMB yanvarın 7-də 2020-ci ilin ilk depozit hərracını keçirib və bu hərracda 150 mln. manat cəlb edib. Hərrac zamanı tələb 909,1 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,76% təşkil etmişdir”, - deyə AMB-dən bildiriblər.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.
21 Avqust 2026
21 Avqust 2026