Qızıl kəskin ucuzlaşdı - Birja

10:08 - 7.01.2020


7 yanvar, Fineko/abc.az. Dünya birjalarında satılan qızıl və gümüşün qiymətləri açıqlanıb.

ABC.AZ xəbər verir ki, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 7,50 dollar ucuzlaşaraq 1 561,30 dollara ticarət olunub.

Gümüşün unsiyasının qiyməti isə 0,11 dollar azalaraq 18,07 dollara satılıb.