14:14 - 30.12.2019
30 dekabr, Fineko/abc.az. Növbəti ildə də Mərkəzi Bank valyuta bazarına müdaxilələri məhdud həcmdə və sayda həyata keçirilməklə fundamental və konyunktur amillər əsasında formalaşan meyilləri nəzərə alacaq.
ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir. Belə ki, Mərkəzi Bank valyuta bazarının likvid və şəffaf olmasını, onun özünütənzimləmə rejimində çalışmasını təşviq edəcək. Növbəti ildə də müdaxilə əməliyyatlarının həcmi və valyuta ehtiyatları barədə məlumatlar ictimaiyyətlə mütəmadi paylaşılacaq.
Müəllif: Elmir Murad
21 Avqust 2026
19 Avqust 2026