Nazir Azərbaycanın xarici dövlət borcundan danışdı - Bir sıra tədbirlər həyata keçiririk

12:09 - 24.12.2019


24 dekabr, Fineko/abc.az. "Ölkə Prezidentinin təsdiq etdiyi Azərbaycanın xarici dövlət borcunun uzunmüddətli idarə edilməsinə dair strategiyaya uyğun olaraq, Maliyyə Nazirliyi bir sıra tədbirlər həyata keçirir".

ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nazir Samir Şərifov deyib.

Onun sözlərinə görə, son nəticədə hazırda Azərbaycanın xarici dövlət borcunun onun ümumi daxili məhsuluna (ÜDM) nisbəti 17 faizdir: “Amma burada xarici valyutada dövlət zəmanəti ilə digər qurumların götürdüyü borc üzrə müəyyən şərti öhdəliklər nəzərə alınmır. Əgər nəzərə alınsa, borc-ÜDM nisbəti 19 faizdən aşağıdır. Hesab edirəm ki, qarşımıza qoyduğumuz məqsədlərə ardıcıl sürətdə nail olmaq iqtidarındayıq".

Müəllif: Elmir Murad