“Rabitəbank”-ın mənfəət və zərər haqqında hesabatı müzakirə olunacaq – Səhmdarlar toplaşır

11:15 - 24.12.2019


24 dekabr, Fineko/abc.az. Fevralın 25-də “Rabitəbank” ASC səhmdarlarının növbəti illik ümumi iclası keçiriləcək.

ABC.AZ xəbər verir ki, bu barədə bankın elanında qeyd olunub. Sözügedən yığıncaqda bankın 2019-cu maliyyə ili üzrə balansının, mənfəət və zərər haqqında hesabatının təsdiqi, bankın audit komitəsinin hesabatının təsdiqi, bankın rəhbərlərinə illik bonusların ödənilməsi və digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, yığıncaq Bankın Bakı şəhəri, 28 may küçəsi 33-də yerləşən Baş ofisində keçiriləcək.

Müəllif: Elmir Murad