16:07 - 19.12.2019
19 dekabr, Fineko/abc.az. Bu ilin yanvar - noyabr aylarında ölkə iqtisadiyyatına bank kreditləri ilə sərmayə qoyuluşu azalıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə bank kreditləri ilə ölkə iqtisadiyyatına sərmayə qoyuluşu 987 mln manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 639,60 mln manat və ya 39,32% azdır.
Məlumat üçün bildirək ki, ötən ilin 11 ayında bank kreditləri ilə ölkə iqtisadiyyatına sərmayə qoyuluşu 1626,6 mln manat olub.
2019-cu ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 786,9 mln manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,87% və ya 112,50 mln manat az vəsait yatırılıb.
Müəllif: Elmir Murad
18 Avqust 2026