10:00 - 19.12.2019
19 dekabr, Fineko/abc.az. Neftin etalon markaların qiymətləri cümə axşamı ticarətində zəif dəyişir, əvvəlki ticarət sessiyalarının nəticələrinə görə həmçinin əhəmiyyətli dəyişikliklər olmamışdır.
Brent neft ardıcıl olaraq artıq beşinci sessiya boyunca artırır və 3 ay ərzində maksimuma çatıb.
Dekabrın 18-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in fevral fyuçersi $0,07 (0,11%) artaraq, bağlanışda bir barelə $66,17 təşkil edib. Onun qiyməti saat 9:15-də $0,02 (0,03%) azalaraq bir barelə $66,15 təşkil etmişdir.
NYMEX birjasında dekabrın 18-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin yanvar fyuçersi $0,01 (0,02%) azalaraq bir barelə $60,93 təşkil etmişdir. Onun qiyməti saat 9:15-də $0,02 (0,03%) enərək bir barelə $60,91 təşkil etmişdir.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026