10:01 - 6.11.2019
6 noyabr, Fineko/abc.az. Bank sektorunun dayanıqlılığı və sağlamlaşdırılması istiqamətində ekosistem formalaşdırılır.
ABC.AZ xəbər verir ki, bunu IV Beynəlxalq bankçılıq Forumu -Nağdsız iqtisadiyyat: Dayanıqlı Bankçılığa Doğru" tədbirində Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri vəzifələrini icra edən İbrahim Alışov deyib.
Bu gün bank sektoru tamamilə dayanıqlıdır deyən Palata rəsmisi kreditlərin çıxış indikatı üzrə Azərbaycanın birinci yerdə olduğunu xatırladıb.
İ.Alışov bank sektorunun dayanıqlılığı üçün görülən işlərdən danışaraq bunun üçün Palatanın bütün mümkün işləri gördüyünü vurğulayıb: "Bu gün maliyyə dayanıqlığı üçün bütün mümkün işlər görülüb. Bu faktorlar Azərbaycanın kredit indikatı üzrə birinci yerə çıxmasını təmin edən amildir. Dünya maliyyə nəzarəti qrupunda Azərbaycan artıq öz sözünü deyən ölkəyə çevrilib. Bundan sonra da Palata qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq".
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026