AMB valyuta hərracı keçirib

12:44 - 31.10.2019


31 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 30 oktyabr tarixində növbəti valyuta hərracı keçirilib.

“Valyuta hərracı nəticəsində ortaçəkili məzənnə 1,70 AZN/1 USD təşkil etmişdir”, - AMB-dan verilən  məlumatda belə deyilir.

Daha əvvəlki, oktyabrın 29-da keçirilmiş valyuta hərracında ortaçəkili məzənnənin səviyyəsi həmçinin  1,70 AZN/1 USD təşkil etmişdir.