10:19 - 31.10.2019
31 oktyabr, Fineko/abc.az. Azeri Light markalı Azərbaycan nefti $1,02 (1,54%) düşüb və bir barelə $65,28 təşkil edib.
Cümə axşamı günü ərəfəsində düşdükdən sonra neftin etalon markalarının qiyməti ticarətdə artır.
Oktyabrın 30-da keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in dekabr fyuçersi $0,98 (1,59%) enərək bir barelə $60,61 təşkil etmişdir.
Saat 9:30-da Brent markalı neftin dekabr fyuçersi $0,21 (0,31%) artaraq bir barelə $61,40 təşkil edib.
NYMEX birjasında oktyabrın 30-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin dekabr fyuçersi $0,48 (0,86%) azalaraq bir barelə $55,06 təşkil etmişdir.
WTI markalı neftin dekabr fyuçersi saat 9:30-da $0,13 (0,24%) artaraq bir barelə $55,19 təşkil etmişdir.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026