Dövlət Neft Fondunun aktivləri artıb - 10 Faizdən çox

15:47 - 25.10.2019


25 oktyabr, Fineko/abc.az. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq səbəbindən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcədənkənar xərci 219,8 milyon manat təşkil edib.

Fonddan ABC.AZ-a daxil olan məlumata görə, 2019-cu ilin 30 sentyabr tarixinə Fondun aktivləri 2019-cu ilin əvvəlinə (38 515,2 milyon ABŞ dolları) nisbətən 10,4% artaraq 42 524,4 milyon ABŞ dollarına bərabər olub.  Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına yaranıb. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb. Belə ki, səhm alt portfeli üzrə ötən ilki mənfi gəlirliliyə baxmayaraq (-6,6%) 2019-cu ilin 9 ayı ərzində müvafiq göstərici 15,2% təşkil edib.

Müəllif: Elmir Murad