11:03 - 16.10.2019
16 oktyabr, Fineko/abc.az. Nikoil Bank 2019-cu ilin III rübü üzrə maliyyə nəticələrini açıqladı.
ABC.AZ bankın hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin ikinci və üçüncü rüblərini müqayisə etdikdə üçüncü rübdə aktivlər 17,96 milyon manat (4,2%) artıb. O cümlədən əmanətlər 8,1 milyon manat (16.55%), qiymətli kağızlara investisiya 12.5 milyon manat (71%) artmışdır. Müştərilərə verilən kreditlərin 23,5 milyon manat (8.83%) artması da müşahidə olunur.
Eyni zamanda Nikoil bankın müştərilərdən cəlb olunan vəsaiti 24 milyon manat (9.35%) , fiziki şəxslərin məcburi əmanətləri 2,5 milyon manat (13.5%), fiziki şəxslərin müddətli əmanətləri 18.7 milyon manat (9.4%), hüquqi şəxslərin əmanətləri 7.6 milyon manat artmışdır (21,8%).
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026