11:31 - 7.10.2019
7 oktyabr, Fineko/abc.az. Bakı Fond Birjası 2019-cu ilin ilk doqquz ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmini açıqlayıb.
ABC.AZ Birjaya istinadən xəbər verir ki, sözügedən dövrdə qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmini 11 milyard 7milyon 995 min 721 manat olub.
Qeyd edək ki, 2018-ci ilin analoji dövrü üzrə əməliyyatların həcmi isə 10 milyard 850 milyon 724 min 897 manat olmuşdu. Nəticə olaraq, 2019-cu ilin ilk 9 ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmində ötən ilin ilk 9 ayına nəzərən 1.45% artım qeydə alınıb.
2019-cu ilin sentyabr ayına Bakı Fond Birjasının kapitalizasiyası 3 milyard 380 milyon 96 min 669 manat təşkil edib. Ümumilikdə Birjanın kapitalizasiyası keçən aya nisbətən 0.19% artıb.
Müəllif: Elmir Murad
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026