10:04 - 1.10.2019
1 oktyabr, Fineko/abc.az. 31 avqust 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 30,269.1 mln. manat, cəmi öhdəlikləri isə 25,655.5 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4,613.6 mln. manat olub.
ABC.AZ xəbər verir ki, sözügedən statsitika Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) açıqladığı 2019-cu ilin avqust ayı üzrə bank sektorunun icmal göstəricilərində qeyd olunub.
Hesabata əsasən, avqust ayında sektorun aktivlərinin 44.7%-ni kredit portfeli təşkil edib. Ay ərzində kredit portfeli 1.4% (184.1 mln. manat) artaraq 31 avqust 2019-cu il tarixinə 13,526.4 mln. manat təşkil edib. Kredit portfelinin 61.5%-ni biznes, 38.5%-ni isə istehlak kreditləri təşkil edir. Ay ərzində istehlak kreditləri 2.4%, biznes kreditləri isə 0.8% artıb. Aktivlərin 45.7%-ni xarici valyutada olan aktivlər təşkil edir. Kredit portfelinin 34.8%-i xarici valyutadadır.
Müəllif: Elmir Murad
17 Avqust 2026
15 Avqust 2026