15:11 - 26.09.2019
26 sentyabr, Fineko/abc.az. Bank Respublika və Azərbaycan Banklar Assosasiyası (ABA) tələbələr arasında ”Nağdsız cəmiyyətə doğru” mövzusunda “Ən yaxşı məqalə” və “Ən yaxşı video çarx” olmaqla 2 nominasiya üzrə müsabiqə elan edir.
Müsabiqənin keçirilməsində məqsəd - əhalinin nağdsız ödənişlər haqqında məlumatlılığını artırılmaq, bu sahədə beynəlxalq təcrübənin araşdırılması və stimullaşdırma yollarının öyrənilməsindən ibarətdir.
Müsabiqə aşağıdakı istiqamətləri əhatə etməlidir:
Müsabiqənin şərtləri haqda ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 25.10.2019-cu il tarixinədək öz işlərini [email protected] ünvanına göndərə bilərlər.
Yazı və videolar peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qaliblər 6-7 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək “Nağdsız iqtisadiyyat: Dayanıqlı bankçılığa doğru” adlı 4-cü beynəlxalq bankçılıq forumunda pul mükafatı və diplomlarla mükafatlandırılacaq.
18 Avqust 2026