10:08 - 2.09.2019
2 sentyabr, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,29 ABŞ dolları və yaxud 2,03% azalıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,20 dollar təşkil edib.
Cümə günü düşdükdən sonra neftin qiymətləri bazar ertəsi günü azalmağa davam edir. Avqust ayında Brent 7,3%, WTI isə 5,9% ucuzlaşıb.
Avqustun 30-da keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in noyabr fyuçersi $1,24 (2,05%) ucuzlaşaraq $59,25 təşkil etmişdir. Bazar ertəsi günü “Brent”in noyabr fyuçers qiyməti saat 9:25-də $0,25 (0,42%) azalaraq $59,00 /barelə təşkil edib.
NYMEX birjasında avqustun 30-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin oktyabr fyuçersi $1,61 (2,84%) azalaraq $55,10 təşkil etmişdir. WTI markalı neftin oktyabr fyuçersi qiyməti cümə günü saat 9:25-də $0,03 (0,05%) enərək $56,13 / barelə təşkil etmişdir.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026