15:47 - 26.07.2019
26 iyul, Fineko/abc.az. “Azər-Türk Bank”ın digər banklar və maliyyə müəssisələri qarşısında öhdəlikləri 5,1% azalaraq 96 milyon 817 min manata düşüb.
Bu barədə məlumat Bankın 2019-cu ilin 1-ci yarısı (yanvar-iyun dövrünü) üçün açıqladığı maliyyə hesabatında açıqlanıb.
Hesabatda qeyd olunur ki, “Azər-Türk Bank”ın müştərilərinin hesablarındakı vəsait artıb. Müştəri hesabları 32 milyon 145 min manat və ya 21,8% artaraq 179 milyon 554 min manata yüksəlib.
“Azər-Türk Bank” 30 İyun 2018-ci ildə 281 milyon 908 min manat cəmi öhdəliklərə malik olub. Ötən ilin eyni tarixində Bankın cəmi öhdəlikləri 259 milyon164 min manat təşkil etmişdi. Cəmi öhdəliklərin artmasına müştəri hesablarının artması təsir göstərib.
“Azər-Türk Bank” 30 İyun 2018-ci il tarixində 54 milyon 580 min manat cəmi balans kapitalına malik olub.
14 Avqust 2026