17:45 - 24.07.2019
24 iyul, Fineko/abc.az. “Azərpoçt” MMC real rejimdə “Debit MasterCard Contactless” funksiyalı kartların emissiyasına başlayıb.
Bu barədə “Azərpoçt” MMC-nin məlumatında deyilir.
Bildirilir ki, təmassız əməliyyatları dəstəkləyən bu kartlar vasitəsilə ölkədaxili əməliyyatlar həyata keçirilir. Belə ki, müştəri ödəniş zamanı kartı POS-terminala daxil etmədən və PIN kodu yığmadan, sadəcə terminala yaxınlaşdırmaqla məsafədən ödəniş edə bilir.
Qeyd edilir ki, kartı əldə etmək üçün şəxsiyyət vəsiqəsi ilə “Azərpoçt” MMC-nin Müştəri xidmətləri şöbəsinə müraciət etmək lazımdır.
Növbəti mərhələdə “Platinum”, “Gold” və “Standard” kartların yeni dizaynda və “contactless” funksiyası ilə emissiyası nəzərdə tutulur.