10:59 - 21.06.2019
21 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirəcək.
AMB-in məlumatına görə, iyunun 24-də keçiriləcək depozit hərracında bank 150 milyon manat məbləğində vəsaitin cəlb edilməsi planlaşdırır.
“Vəsaitlər 14 gün müddətinə cəlb ediləcək. Cəlb edilən vəsaitlər üzrə faiz dəhlizi 6,51% - 8,49% təşkil edir”, - AMB-in məlumatında belə deyilir.
Hərraclar 13 iyun 2016-cı il tarixindən etibarən keçirilir.
11 Avqust 2026
12 Avqust 2026