17:30 - 3.05.2019
3 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 2019-cu ilin yanvar-aprel aylarında 2,9% artıb.
AMB-nin məlumatına görə, valyuta ehtiyatları 1 may 2019-cu il tarixinə 5789 milyon dollar təşkil edib, yanvarın 1-nə olan göstərici isə 5625,7 milyon dollar təşkil edib.
2019-cu ilin aprel ayında AMB-nin valyuta ehtiyatları 10,4 milyon dollar (0,2%) artmışdır.
2018-ci ildə AMB-nin valyuta ehtiyatları 5,4% artıb. 2017-ci ildə valyuta ehtiyatları 34,2% artıb.
17 Avqust 2026
15 Avqust 2026