AMB mayın 6-da keçiriləcək depozit hərracında 150 milyon manat cəlb edəcək

15:41 - 3.05.2019


3 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracının keçirəcəyini elan edib.

AMB-in məlumatına görə, depozit hərracı mayın 6-da keçiriləcək.

“Hərrac vasitəsilə 6,76%-8,74% dərəcə ilə 150 milyon manat məbləğində vəsaitin cəlb edilməsi planlaşdırır. Vəsaitlər 14 gün müddətinə cəlb ediləcək”, - AMB-in məlumatında belə deyilir.

Hərraclar 13 iyun 2016-cı il tarixindən etibarən keçirilir.