15:46 - 21.08.2026
21 avqust, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasının ölkənin əsas elektrik enerji sistemi ilə birləşdirilməsi və Azərbaycan–Naxçıvan–Türkiyə–Avropa beynəlxalq enerji dəhlizinin formalaşdırılması məqsədilə Zəngəzur xəttinin tikintisinin birinci mərhələsi başa çatır.
"AzərEnerji" ASC-dən verilən məlumata görə, Cəbrayıldan Ağbəndə qədər 74 km məsafədə 1000 MVt yükötürmə qabiliyyətinə malik 330 kV-luq yüksəkgərginlikli ötürmə xəttində işlərin 97%-i icra olunub. Layihə çərçivəsində 296 ədəd dayağın quraşdırılması yekunlaşmaq üzrədir və işlər çətin relyef şəraitinə baxmayaraq qrafikdən əvvəl həyata keçirilib.
Növbəti mərhələdə Ordubaddan Naxçıvana (100 km), Zəngəzur dəhlizini keçməklə (44 km) və Naxçıvandan Türkiyəyə (230 km) elektrik xətlərinin çəkilməsi planlaşdırılır. Bu layihə Naxçıvanın vahid enerji sisteminə inteqrasiyası, enerjidə xarici asılılığın aradan qaldırılması və yaşıl enerjinin Avropa bazarlarına ixracı baxımından strateji əhəmiyyət kəsb edir.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026