16:56 - 20.08.2026
20 avqust, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "EMBAFİNANS BOKT" QSC-nin ümumi dəyəri 3 milyon manat olan istiqrazlarının ticarətə buraxılması üçün "Ticarətə İcazə" verilib. Qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 1 sentyabr 2026-cı il tarixində keçiriləcək.
İstiqrazların parametrləri aşağıdakı kimidir:
Emitent: "EMBAFİNANS BOKT" QSC
İSİN: AZ2017020606
Buraxılış həcmi: 3 000 000 manat (30 000 ədəd)
Nominal qiymət: 100 manat
İllik gəlirlilik: 13%
Tədavül müddəti: 12 ay
Faiz ödəniş dövrü: Hər 3 aydan bir (ildə 4 dəfə)
Hərrac tarixi: 01.09.2026
Hərrac forması: Birqiymətli hərrac
Anderrayter: "Unicapital İnvestisiya Şirkəti" ASC