Hörmüz böhranı «kölgə flotu» qazdaşıyanlarını leqal bazara qayıtmağa məcbur edir

12:07 - 19.08.2026


19 avqust, Fineko/abc.az. Əvvəllər İran mənşəli maye neft qazının (LPG) daşınması ilə məşğul olan LNG tankerləri son həftələrdə sanksiyasız, İran mənşəli olmayan yüklərin daşınmasına başlayıblar.

"Lloyd's List" nəşrinin məlumatına görə, ABŞ Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) sanksiyalarından yayınmağı bacaran "kölgə flotu" operatorları bazardakı qıtlıqdan istifadə ediblər.

Onlar sanksiya tətbiq olunmayan qazı alaraq əsas leqal ticarət bazarına qayıdıblar ki, bu da nadir hallardan biri hesab olunur.